ASAN viza alan əcnəbilərin sayına görə İran vətəndaşları 1-ci yerdədir

20:30 | 15.03.2019
Azərbaycana səfər edən İran vətəndaşlarının sayı artır.

Anews.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 13-cü iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, sevindirici haldır ki, turizm əlaqələrimiz davamlı olaraq inkişaf edir:

"2018-ci ildə 241 min iranlı Azərbaycana səfər edib. ASAN viza vasitəsilə viza alan əcnəbilərin sayına görə İran vətəndaşları 1-ci sıradadır. Tələbatı nəzərə alaraq, Bakı-Tehran-Bakı istiqamətində uçuş tezliklərinin sayının artırılması məqsədəuyğun olardı. Sözügedən sahədə əməkdaşlığı dərinləşdirmək üçün Novruz bayramından öncə hər iki ölkədə təbliğat tədbirlərinin keçirilməsi, eləcə də turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun yaradılması turizm əməkdaşlığımızın inkişafına mühüm töhfə verə bilər".

www.anews.az
loading...

Xəbər lenti