Bəzi mətbu orqanlarda yayılan xəbərə görə, vətəndaşlar artıq “ASAN xidmət” mərkəzlərinə müraciət edərək hərbi mükəlləfiyyətlə bağlı arayış və itirilmiş hərbi biletin əvəzinə yenisini ala bilərlər.Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müraciət edən Gün.Az-a bu xəbərin yanlış olduğunu və həqiqəti əks etdirmədiyini deyiblər.“ASAN xidmət”də nə hərbi mükəlləfiyyətlə bağlı arayışın, nə də itirilmiş hərbi biletlərin əvəzinə yenisinin verilməsi ilə bağlı bir xidmət göstərilmir”- deyə, adıçəkilən qurumdan bildiriblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !