"ASAN" xidmət sürücülük vəsiqələrini evlərdə dəyişəcək

16:57 | 21.05.2015

"ASAN" xidmət sürücülük vəsiqələrini evlərdə dəyişəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sürücülük vəsiqəsinin yerində dəyişdirilməsi üçün "ASAN” xidmət əməkdaşının çağırış xidmətini işə salıb.

Bu barədə cümə axşamı Trend-ə "ASAN” xidmətdən məlumat verilib.

Hazırda Bakı ərazisində sürücülük vəsiqəsinin dəyişdirilməsi üzrə səyyar xidmət həyata keçirilir. Agentliyin səyyar xidmətindən istifadə etmək üçün 9108 qısa nömrəsindən istifadə etmək olar.

"ASAN” xidmətdən verilən məlumatda deyilir: "Paytaxtda yaşayan və ya işləyən vətəndaş bu əməliyyatı həyata keçirmək üçün səyyar "ASAN” xidməti əməkdaşını çağıra bilər. Xidmət ödənişlidir. Xidmətin qiyməti 90 manatdır (ƏDV-siz)”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM