Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət” mərkəzlərində Ramazan bayramı ilə əlaqədar 17-18 iyul tarixlərində qeyri-iş günüdür.
Oxu.Az-a bu barədə "ASAN xidmət”dən məlumat verilib.
19 iyul tarixindən etibarən isə vətəndaşlar "ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, Ramazan bayramı münasibətilə ardıcıl 4 gün - iyulun 17-si, 18-i, 19-u (bazar) və 20-si qeyri-iş günü olacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !