"ASAN xidmət"də nağdsız ödəniş imkanı

09:33 | 09.10.2017

"ASAN xidmət"də nağdsız ödəniş imkanı

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "ASAN xidmət” mərkəzlərində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aparılması imkanı artıq təmin edilib.

Bu barədə Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "ASAN xidmət” mərkəzlərində müxtəlif ödəniş həllərinin tətbiqi və görüləcək işlərin koordinasiyası məqsədilə cari ilin avqust ayında Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən bankların, həmçinin xidmət mərkəzlərinin də nümayəndələrinin təmsil olunduğu İşçi Qrupu yaradılıb.

Birgə fəaliyyət nəticəsində 4 saylı Bakı "ASAN xidmət” mərkəzində və 2 saylı Bakı "ASAN Kommunal Mərkəzi”ndə ödəniş kartları ilə POS-terminal vasitəsilə təqdim olunan xidmətlərə görə nağdsız ödənişlərin aparılması imkanı təmin edilib. Eyni zamanda, 1 saylı Bakı "ASAN xidmət” mərkəzində quraşdırılmış "ASAN ödəniş” terminallarında müvafiq xidmətlər üzrə ödəniş kartları vasitəsilə nağdsız ödənişlər aparıla bilər.

Bildirilir ki, bu istiqamətdə həyata keçiriləcək tədbirlər əsasında digər "ASAN xidmət” mərkəzlərində də nağdsız ödənişlərin aparılması imkanı təmin ediləcək.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti