Bu gün Bakı şəhər Binəqədi rayonun sakini Məsimova Lalə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edərkən “ASAN xidmət” mərkəzlərinin 1 000 000-cu istifadəçisi olaraq qeydə alınıb.Bu barədə APA-ya “Asan xidmət” Mərkəzindən məlumat verilib. Məsimova Lalə “ASAN xidmət” mərkəzinə şəxsiyyət vəsiqəsinin dəyişdirməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !