Anews.az-a danışan şikayətçi deyir ki, atası və anası yaşlı olduğundan, məcburiyyətdən Tovuz rayonunda tikintisi gedən ASAN xidmət mərkəzində fəhlə kimi işləyib.
İyun və iyul aylarında orada fəhlə kimi işləsə də, sonradan bunun qarşılığında almalı olduğu məvacibi ala bilməyib.
"Mən dəfələrlə getdim ki, işləmişəm, pulumu verin. Əvvəlcə yaxın günlərdə veriləcək desələr də, verilmədi. Axırıncı dəfə avqustun 21-i getdim, dedilər orda tikintiyə rəhbərlik edən Fuad və Fatif adlı şəxslər burada yoxdurlar, sənə pulu verməli olan adam həbs olunub. Yenə vermədilər mənim pulumu”, - deyə şikayətçi, Tovuz rayon sakini Mübariz Mehdiyev bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı deyir ki, əmək haqqının verilməməsi ciddi qanun pozuntusudur.
Onun sözlərinə görə, vətəndaş bu halda müfəttişliyə müraciət etməlidir.
"Birinci dəqiqləşdirmək lazımdır ki, vətəndaş xidmət müqaviləsi ilə, yoxsa əmək müqaviləsi ilə işləyib. Əgər ortada müqavilə varsa, işçinin maaşı bütün hallarda verilməlidir və işə götürən məsuliyyət daşıyır. Vətəndaş Əmək Müfəttişliyinin ən yaxın regional bölməsinə yaxınlaşıb şikayət verə və ya müfəttişliyin qəbul şöbəsinə müraciət edib şikayətini deyə bilər.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqə saxlasaq da, suallarımıza cavab verəcək adamın olmadığını dedilər. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev isə ölkə xaricində olduğunu bildirdi. Anews.az olaraq, agentliyin də mövqeyini dərc etməyə hazırıq.
Prezident İlham
Əliyevin 26 dekabr
2018-ci il sərəncamı
ilə Tovuz
rayonunda "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə
ayrılıb.
Həzi
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !