• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

ASC-nin sabiq sədrnin oğlu məhkəməyə verilib

ASC-nin sabiq sədrnin oğlu məhkəməyə verilib
17.11.2022 11:22
Azərbaycanın aparıcı banklarından olan "Xalq Bank” ASC "Azərxalça” ASC-nin sabiq sədri Vidadi Muradovun oğlu Aydın Muradovu məhkəməyə verib.

Dekabrın 12-də Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə hazırlıq iclası keçiriləcək.

"Xalq Bank” ASC-nin iddiası kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.

Bank Aydın Muradovla bərabər "Azər İlmə” MMC və Muradova Rəhilə Cəbrayıl qızı barəsində də iddia qaldırıb.
 
"Azər İlmə” MMC Vidadi Murodov tərəfindən 1994-cü ildə təsis olunub. Nizamnamə kapitalı 683 min 616 manat olan MMC-nin hazırda dövlət büdcəsinə 1 milyon 80 min 252 manat 37 qəpik vergi borcu da var.

Tarix elmləri doktoru olan Vidadi Muradov 9 yanvar 2021-ci ildə külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunub. 31 oktyabrda səhhəti ilə əlaqədar həbsdən azad edilib və 5 gün sonra - 4 noyabr 2021-ci ildə xərçəng xəstəliyindən vəfat edib.

Vidadi Muradovun oğlunu məhkəməyə verən "Xalq Bank” ASC 2004-cü ildə təsis olunub. "Xalq Bank” ASC-nin səhmdarları "İdeal Biznes Ko” MMC (50%), "Yevro Standart” MMC (33,85%) və "AMAL İnvest Qrup” MMC olub. "Xalq Bank” ASC-nin hesabatında hər iki şirkətin hüquqi ünvanı kimi "Neftçilər prospekti 153” göstərilir. Bu ünvanda həm də ölkənin aparıcı şirkətlərindən olan "Paşa Holdinq” yerləşir. "Xalq Bank” ASC-nin hesabatında həmçinin qeyd olunur ki, bankın yekun mülkiyyətçiləri Bank üzrə birgə nəzarəti həyata keçirən Leyla Əliyeva və Arzu Əliyevadır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol