"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 2024-cü ilin birinci rübündə tankerlərlə 960,796 min ton neft və neft məhsulları daşıyıb.
Belə məlumatlar ASCO-nun 2024-cü ilin yanvar-mart ayları üzrə yükdaşımaların nəticələrinə dair məlumatında təqdim olunub. Bununla belə, şirkət 2023-cü ilin eyni dövrü üçün məlumat vermir.
Şirkətdən verilən məlumata görə, hesabat dövründə gəmiçiliyin "Ro-Pax” bərələri ilə 8847 vaqon və 9150 nəqliyyat vasitəsi daşınıb.
ASCO həmçinin 2024-cü ilin yanvar-martında 6172 sərnişin daşıyıb.
ASCO universal quru yük gəmiləri birinci rübdə 154,988 min ton yük daşıyıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC 2023-cü ildə tankerlərlə 4,9 milyon ton neft və neft məhsulları daşıyıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !