ASCO tankerləri 2023-cü ildə yük daşımaları 63% artırıb

15:52 | 23.01.2024
ASCO tankerləri 2023-cü ildə yük daşımaları 63% artırıb

ASCO tankerləri 2023-cü ildə yük daşımaları 63% artırıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC 2023-cü ildə tankerlərlə 4,9 milyon ton neft və neft məhsulları daşıyıb. Bu barədə ASCO məlumat verib. 

 2022-ci ildə bu göstərici 3 miyon tonn təşkil edib. 
 
2023-cü ildə Gəmiçilik tarixində ilk dəfə qiymətli kağızlar buraxaraq, "ASCO istiqrazları”nı investorlar və əhali üçün açıq bazarda təqdim edib.i. Qısa zamanda bu istiqrazlar üzrə bazarda tələb təklifi üstələyib.  İstiqrazlardan əldə olunan gəlir milli gəmiçiliyin Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınması layihəsi üzrə ASCO-nun payının maliyyələşdirilməsinə yönəldilib. 
 
Milli gəmiçiliyin Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsi, eləcə də beynəlxalq hövzələrdə yükdaşımaların artırılması məqsədilə alınan bu gəmilər Azərbaycan dənizçilik tarixində istismar edilən, eləcə də hazırda milli donanmada mövcud ən böyük gəmilərdən təxminən 10 dəfə böyükdür.
 
Tankerlərin alınması milli gəmiçiliyimizə Xəzərdənkənar bazarların yeni seqmentinə daxil olması üçün şərait yaratdı. Məhdudiyyətsiz üzmə imkanlarına malik olan həmin gəmilər Azərbaycanın qürur mənbəyi olan tarixi torpaqlarının şərəfinə "Qarabağ”, "Şuşa” və "Zəngəzur” adlandırılıb. 

Şirkətdən verilən məlumata görə, gəmiçiliyin "Ro-Pax” bərələri hesabat dövründə 37 642 vaqon və 35 207 min nəqliyyat vasitəsi daşıyıb.

Ötən il ASCO universal quru yük gəmiləri 749 min ton yük daşıyıb.
 
N.Təbrizli
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM