"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Tacikistan Nəqliyyat Nazirliyi bildirib.
Məlumata görə, nazirlik Rusiya istehsalı olan "An-12" təyyarəsinin Tacikistanın "Asia Airways" şirkətinə aid olması haqda informasiyaları təkzib edib.
"Asia Airways"in baş direktoru Narzikul Xamroyev bildirib ki, qəzaya uğrayan "An 12" yük təyyarəsinin onların şirkətinə aidiyyəti yoxdur: "Bu təyyarə Ermənistanın "Ala İnternational Ltd" şirkətinə və Sudana məxsusdur. Tacikistanın bu məsələyə heç bir aidiyyəti yoxdur".
Xatırladaq ki, noyabrın 4-də Cənubi Sudanda təyyarə qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 18 nəfər, o cümlədən 6 pilot olub. Qəza nəticəsində ölən 6 ekipaj üzvündən 5-i Ermənistan vətəndaşıdır. Təyyarə yaşayış evinin üstünə düşdüyündən qəza nəticəsində 50-dən çox insan həyatını itirib.
Həmin gün Rusiyanın Xarici İşlər Nazirliyi təyyarənin Tacikistanda qeydiyyatdan keçdiyi haqda açıqlama yaymışdı.
Ermənistanın Xarici İşlər Nazirliyi isə iddia edir ki, qəzaya uğrayan "An-12" təyyarəsi 2014-cü ildə ölkədə qeydiyyatdan çıxarılıb və "Asia Airways"ə aiddir.
Qeyd edək ki, Tacikistanın Nəqliyyat Nazirliyi hadisədən sonra yük daşımaları ilə məşğul olan "Asia Airways"in uçuşları dayandırması haqda qərar qəbul edib. Bu qərar araşdırma aparılması üçün qəbul edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !