Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə III Azərbaycan-ABŞ konfransında iştirak etmək üçün Vaşinqtona gedib. Konfransda ABŞ hökumətinin, Konqresin və Senatın üzvləri, ayrı-ayrı ştatların icra orqanlarının, konqres və senatlarının təmsilçiləri, elmi araşdırma institutlarının, biznes dairələrinin nümayəndələri, ölkədə yaşayan türkdilli və digər etnik icmaların liderləri, bölgəmiz üzrə Amerikanın aparıcı beyin mərkəzlərinin rəhbərləri iştirak edəcəklər. Burada Azərbaycanla ABŞ arasındakı çoxşaxəli münasibətlər, strateji əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !