Asim Mollazadə ABŞ-a gedir

23:30 | 26.01.2015
Asim Mollazadə ABŞ-a gedir

Asim Mollazadə ABŞ-a gedir

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asim Mollazadə Amerika Birləşmiş Ştatlarında səfərdə olacaqlar.

Parlamentdən APA-ya verilən məlumata görə, deputatlar yanvarın 30-da Vaşinqton şəhərində keçiriləcək Atlantik Şuranın konfransında iştirak edəcəklər.
 
Tədbirdə "Avropanın Şərqində transatlantik strategiyaya doğru” mövzusu ətrafında müzakirələr aparılacaq. Toplantıda deputatlar məsələ barədə öz fikirlərini açıqlayacaqlar.
 
Səfər fevralın 4-də başa çatacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM