Asim Mollazadə ABŞ-da AIPAC-ın rəhbərliyi ilə görüşdü

10:55 | 09.10.2014
Asim Mollazadə ABŞ-da AIPAC-ın rəhbərliyi ilə görüşdü

Asim Mollazadə ABŞ-da AIPAC-ın rəhbərliyi ilə görüşdü

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə AIPAC-in (İctimai əlaqələr üzrə Amerika-İsrail Komitəsi) Kaliforniya ştat rəhbərliyi ilə görüşüb. Partiyanın mətbuat xidmətindən ANN.Az-a daxil olan məlumata görə, görüşdə Azərbaycan-ABŞ və İsrail münasibətləri, Ermənistanla münaqişənin həlli problemləri müzakirə mövzusu olub. Qeyd edək ki, Asim Mollazadə oktyabrın 11-də Kaliforniyada San-Dieqo şəhər teatrında (San Diego Civic Theater) dahi Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baletinin premyerasında iştirak edəcək. Sözügedən tamaşa Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə səhnələşdirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM