Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ilə birlikdə Argentinaya gedib. Səfər zamanı millət vəkilləri Argentinanın xarici işlər naziri Hektor Timermanla görüşüblər. Görüşdə Azərbaycan-Argentina əlaqələri, ölkələrimiz arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Bundan başqa, millət vəkilləri Argentinanın TELAM informasiya agentliyində jurnalistlərlə görüşüblər və agentliyə müsahibə veriblər. Argentina Diplomatik Akademiyasında və CARİ Mərkəzində ölkəmizlə bağlı keçirilən təqdimat mərasimlərində iştirak ediblər.
Qeyd edək ki, millət vəkillərinin Buenos Ayres səfəri Azərbaycan-Argentina parlamentlərarası əməkdaşlığını daha da genişləndirilmək, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparmaq və iki ölkə arasındakı dostluq əlaqələrini gücləndirmək məqsədi daşıyır.
Millət vəkilləri səfər zamanı Argentinanın qanunvericilik və icra hakimiyyətinin üzvləri ilə görüşlər keçirəcək, Buenos Ayres şəhərində müxtəlif mədəni və elmi tədbirlərdə iştirak edəcəklər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !