Asim Mollazadə: “Azərbaycan Ukraynanın qurtuluşuna öz töhfəsini verməyə hazırdır”

15:00 | 10.02.2014
Asim Mollazadə: “Azərbaycan Ukraynanın qurtuluşuna öz töhfəsini verməyə hazırdır”

Asim Mollazadə: “Azərbaycan Ukraynanın qurtuluşuna öz töhfəsini verməyə hazırdır”

Ukrayna Mərkəzi Bankı artıq üçüncü ay davam edən siyasi dalanın fonunda iqtisadi böhranın dərinləşməsiylə mübarizə aparan hakimiyyətə möhlət verərək kapitalın hərəkətinə nəzarət yolu ilə qrivnanın məzənnəsinin sürüşməsinin qarşısını aldı.

Valyuta əməliyyatlarına məhdudiyyətlərin tətbiq edilməsi dünən qrivnanın məzənnəsini dörd il ərzində ən yüksək həddə çatdırdı. Ukraynanın Kiyev Milli Bankı bildirib ki, ölçü götürülməsi müvəqqəti xüsusiyyət daşıyacaq. “Fitch Ratings” maliyyələşdirmə perspektivlərinin pisləşməsinə istinad edən Ukraynanın xarici valyutada olan borcunu Yunanıstanın səviyyəsindən aşağı saldı, o zaman Ukraynanın ehtiyatları 2006-cı ilin may ayından bəri ən aşağı səviyyəyə düşmüşdü.Ukrayna hakimiyyəti siyasi böhranla silkələnmiş, ölkənin ehtiyat yığımına zərbə vurmuş iqtisadiyyatı sabitləşdirməyə çalışır. Ukrayna prezidenti Viktor Yanukoviç ölkəsində Nazirlər Kabinetinin iflasına gətirib çıxarmış siyasi çaxnaşmadan sonra 15 milyard dollar maliyyə yardımını dayandırmış Rusiyada Qış Olimpiya oyunlarının açılışına getdi."Ehtiyatların azalması və kapital axınının riski qrivnanın gələcəkdə zəifləyəcəyi ilə bağlı bizim ehtimalımızı doğruldur", - “Goldman Sachs” (GS) analitiki Andrey Mateni, elektron poçtla hesabatda belə yazır. Kapitalı idarəetmə vasitələri valyutaya və qrivna üçün "paralel bazar" yaranması riskinə təzyiqləri zəiflətməyə bilər. Analitikin fikri belədir.Borcun ixtisarıÖtən ilin 8 noyabrından sonra “Fitch” siyasi qeyri-sabitliklə əlaqədar olaraq Ukraynanın suveren reytinqini neqativ proqnozla "B" səviyyəsindən CCC-yə endirdi. Bu isə Ukraynanı Yamayka və Misirdən də aşağı səviyyəyə saldı.Ukraynanın (UMB) Mərkəzi Bankı qrivnanı dəstəkləmək üçün yanvarda $ 1,7 milyard satdı. Bu alət dar diapazonda sövdələşəcək, çünki xarici valyutaya ajiotaj tələbatı mütləq düşəcək, rəhbər UMB-nin rəhbəri İqor Sorkin dünən Kiyevdə bildirdi.Qızıl-valyuta ehtiyatları yanvarda 20,4 milyon dollardan 17,8 milyard dollara qədər azaldı, bu, 2006-cı ildən etibarən ən aşağı səviyyə idi. Mərkəzi Bankın məlumatında belə deyilir. “Bloomberg” tərəfindən sorğuda iştirak etmiş səkkiz analitikin proqnozuna görə bu, 18,7 milyard dollardan az idi.Noyabrdan etibarən Kiyevin mərkəzində Müstəqillik meydanını tutmuş müxalifət bütün ölkə boyu hökümət əleyhinə hərəkat yaradır, kütləvi mitinq təşkil etməyi planlaşdırır. Ukrayna televiziyasının 5-ci kanalının xəbərinə görə, keçən həftə nümayişdə 50 000-dən çox insan iştirak etdi.Döyüşə çağırış"Böhranın həlli üçün Yanukoviçinin siyasi iradəsi lazımdır", - UDAR partiyasının lideri Vitali Kliçko öz saytında bəyan edib. Kliçko "ölkənin gələcəyi uğrunda mübarizə aparmaq üçün" insanları günorta bazar günü həftəlik mitinqə gəlməyə çağırdı. ABŞ Dövlət Katibinin köməkçisi Viktoriya Noland dünən axşam Kiyevdə bildirdi ki, ABŞ və Beynəlxalq Valyuta Fondu Ukraynaya əgər o iqtisadi islahatlarla irəli hərəkət edəcəksə, "əhəmiyyətli dəstək" verməyə hazırdır.2010-cu ildə Beynəlxalq Valyuta Fondu Ukrayna 15,6 milyard dollar verməyə razılaşdı, amma hökumət təbii qaza daxili qiymətləri yüksəltməkdən imtina etdikdə, növbəti il büdcə kəsirini azaltmaq üçün ödəmələri dondurdu. Dünən Azərbaycan parlamentinin xarici əlaqələri üzrə komitə üzvü, millət vəkili Asim Mollazadə bildirdi ki, Azərbaycan Beynəlxalq Valyuta Fondunun rəhbərliyi altında Ukraynanın qurtuluşu üçün Beynəlxalq Valyuta Fonduna təxminən 1 milyard dollar məbləğində öz töhfəsini verməyə hazırdır."Devalvasiya təzyiqi"Ukrayna Mərkəzi Bankı fiziki şəxslər tərəfindən xarici valyutanın, xaricdən investisiyanın alınması və borcun tez ödənilməsi, həmçinin qrivnanın satılması üçün gözləmə müddəti üçün aylıq limitə məhdudiyyətlərin tətbiq edilməsini nəzərdə tutur.“Bank of America”nın Moskva üzrə baş iqtisadçısı Vladimir Osakovskinin sözlərinə görə, belə ölçülərin götürülməsinin xoşagəlməz nəticələri ola bilər, çünki Ukraynanın ödəmə qabiliyyətini yaxşılaşdırmayacaq və bir halda ki şirkətlər ölkəyə pulu həvəssiz gətirməyə başladılar, xarici valyutanın axınının azalması riskini azaldacaq."Bu, xarici borcların ödəməsi üçün valyuta axınına və gizli devalvasiya təzyiqinin azalmasına imkan yaratmayacaq", - Osnakovski dünən “Bloomberg News”-a elektron müraciətində belə deyib. "Bu, həmçinin ölkəyə xarici valyutanın axınının azaldılmasına görə kontrproduktiv yol ola bilər".(Bloomberg)Tərcümə: Ramil Rahiboğlu ANN.Az  
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM