Demokratik İslahatlar Partiyasının sədri, 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi İkinci seçki dairəsindən namizəliyi irəli sürülmüş Asim Mollazadə seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib.
Qızlar Universitetində baş tutan görüşdə, millət vəkili öz seçicilərinə ötən beş il ərzində parlament fəaliyyəti barədə hesabat verib.
Seçki platformasında prioritet təşkil edən məsələlərə toxunan Asim Mollazadə Azərbaycanın ən böyük sərvətinin onun vətəndaşları olduğunu qeyd edib. Bir neçə il əvvələ kimi seçicilərlə işıq, qaz, su problemlərini müzakirə etdiklərini xatırladan millət vəkili, artıq bu problemlərin arxada qaldığını deyib. "İndi bizi daha qlobal məsələlərin həlli maraqlandırır. Ölkəmiz son illərdə sürətlə inkişaf etdi. Dünya Azərbaycanın strateji əhəmiyyətini anladı və bizimlə böyük qardaş kimi deyil, tərəfdaş kimi danışmaq lazım olduğunu qəbul etdi. Biz bu imkanlardan insanlarımızın savadlanması, sosial cəhətdən yaxşı təmin olunması üçün istifadə etməliyik. İlk növbədə gənclərimizin maariflənməsinə, dünya gəncləri ilə rəqabət apara biləcək səviyyədə hərtərəfli inkişaf etməsinə ehtiyac var. Təhsilə paralel olaraq onlar peşə öyrənməlidirlər. Bu gün ölkəyə yaxşı mühəndislər, informasiya texnologiyaları, turizm sahəsində mütəxəssislər, ən azı normal binalar tikə biləcək ustalara, aqrar sektorda çalışacaq peşəkarlar lazımdır. Şərt deyil ki, hamı universitet qurtarsın. Bizə universitet diplomlu savadsızlar ordusu deyil, peşəkar mütəxəssislər ordusu lazımdır. Bunun üçün peşə təhsili sisteminin inkişaf etdirilməsinə çalışmalıyıq” - deyə deputatlığa namizəd qeyd edib.
O, ölkədə təhsil, səhiyyə, sahibkarlığın inkişafı sahəsində islahatların prioritet olduğunu vurğulayıb.
Seçicilər də öz növbələrində Asim Mollazadənin deputat fəaliyyətinə yüksək qiymət veriblər. Onun yenə də parlamentdə seçicilərin səsi olacağına, onları narahat edən məsələləri parlamentdə qaldıracağına və həllinə nai olacağına inam ifadə ediblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !