Asim Mollazadə: "Con Kerri varlı erməni diasporunun maraqlarını təmsil edir"

17:33 | 28.04.2015
Asim Mollazadə:

Asim Mollazadə: "Con Kerri varlı erməni diasporunun maraqlarını təmsil edir"

Antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən aparılması xəbərində yeni heç nə yoxdur.
 
Bunu Trend-ə Milli Məclisin üzvü, politoloq Asim Mollazadə bildirib.

Politoloq qeyd edib ki, məhz C.Kerri Azərbaycan əleyhinə olan 907-ci düzəlişin müəlliflərindən biridir və Massaçusets ştatından senator olduğu vaxtlarda erməni diasporu ilə sıx fəaliyyətdə olub.

A.Mollazadə istisna etmir ki, dövlət katibi postunda fəaliyyətinin bitməsi ərəfəsində C.Kerrinin erməni diasporu ilə əlaqələri yenidən güclənib: "Onun antiazərbaycan fəaliyyəti ABŞ-Azərbaycan münasibətlərinin inkişafı baxımından deyil, daha çox varlı erməni diasporunun maraqları ilə izah olunur”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM