ANN.Az Lent.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Asim Mollazadə Gümrüdə 6 nəfərlik erməni ailəsini gülləyən rus əsgərinə etiraz olaraq Rusiya əleyhinə başlanan etiraz aksiyalarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiyanın hərbi bazasına çevrilən Ermənistanda istənilən vaxt bu cür hadisələr ola bilər: "Ermənilərin bu davranışının əsas səbəbi müstəqilliyini itirmiş və alçalmış millətin qəzəbidir. Bu gün Ermənistanı idarə edənlər "kalaşnikov” siyasətini həyata keçirirlər. Ermənistanın öz rəhbərliyi mütəmadı olaraq erməniləri qətlə yetirməklə rus əsgərindən daha böyük cinayətlərə əl atır" .
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !