Asim Mollazadə Gürcüstana getdi

14:37 | 09.12.2013
Asim Mollazadə Gürcüstana getdi

Asim Mollazadə Gürcüstana getdi

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Birinci Cənubi Qafqaz Təhlükəsizlik Forumu” çərçivəsində “Cənubi Qafqaz və Qara dəniz regionunda islahatlar üzrə təhlükəsizlik sektoru” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Tiflisə gedib. 

Millət vəkili konfransın ilk günündə “Vilnüs sammitindən sonra Cənubi Qafqazın perspektivləri” mövzusunda çıxış edəcək. Mövzu ilə bağlı diskussiyalarda iştirak edəcək və konfrans iştirakçılarını maraqlandıran sualları cavablandıracaq.

Konfransda həmçinin Cənubi Qafqazın gələcək inkişaf istiqamətləri – Avropa Birliyi ilə əlaqələr, Cənubi Qafqaz ölkələrinin regionun müxtəlif təhlükəsizlik oriyentasiyalarına potensial təsiri, Mərkəzi Avropa – Cənubi Qafqaz əməkdaşlığı, Qara dəniz regionunun gələcəyi, Cənubi Qafqazda xarici aktyorlar - ABŞ, Rusiya, Türkiyə, AB və NATO-nun rolu, Azərbaycan, Ermənistan , Gürcüstan, Ukrayna və Moldova təhlükəsizlik sektorunun islahat perspektivləri ilə bağlı məsələlər müzakirə olunacaq. 

Konfrans  Avropa və Şimali Atlantika İşləri üzrə Mərkəz (CENAA) və Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondu (GFSIS) tərəfindən təşkil edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb