Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Rusiyanın “Moskovskiy Komsomolets” qəzetinə müsahibə verib.
ANN.Az Modern.az-a istinadən xəbər verir ki, müsahibə zamanı partiya sədri Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü və heç bir dövlətin təsiri altında olmadığı bildirib:
“Biz dəfələrlə və açıq şəkildə demişik ki, istər Moskva, istərsə də Vaşinqton, Brüssel və ya Ankara Azərbaycanın böyük qardaşı roluna iddialı ola bilməz. Bizə tərəfdaşlar, dostlar, mehriban qonşular lazımdır, lakin Azərbaycan heç zaman imkan verməz ki, ona kimsə öz iradəsini diktə etdin, necə yaşamağı öyrətsin”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !