Uruqvay səfərini yekunlaşdıran Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ilə birlikdə Çiliyə gedib. Səfər zamanı deputatlar Çili parlamentinin və icra orqanlarının rəhbərlərilə görüşüblər.
Santiaqoda reallaşan görüşlərdə Azərbaycan-Çili əlaqələri, parlamentlərarası münasibətlər, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, iki ölkə arasında dostluğun möhkəmləndirilməsilə bağlı fikir mübadiləsi aparılıb. Ticarət, enerji, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi iimkanları müzakirə edilib. Çili mediası azərbaycanlı parlamentarilərin səfəri barədə geniş materiallar dərc edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !