Asim Mollazadə intellektual qadınlarla görüşdü - FOTOLAR

12:33 | 25.06.2014
Asim Mollazadə intellektual qadınlarla görüşdü - FOTOLAR

Asim Mollazadə intellektual qadınlarla görüşdü - FOTOLAR

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyin layihəsi olan "Qadınlar üçün intellektual klub"un üzvləri ilə görüşüb. Görüşdə "Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu: karyera və liderlik" mövzusu müzakirə olunub. Asim Mollazadə Azərbaycan qadınlarının tarixi missiyasından, onların ictimai-siyasi həyata fəal inteqrasiyasının vacibliyindən danışıb. Millət vəkili eyni zamanda öz karyerası və liderlik təcrübəsini bölüşüb. Görüş iştirakçılarını maraqlandıran suallara cavab verib. 

Qeyd edək ki, bu görüş Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə reallaşan "Azərbaycanda insan kapitalının inkişafı uğrunda: Qadınlar üçün intellektual klubun yaradılması" layihəsi çərçivəsində baş tutub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür