Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin nümayəndə heyətinin tərkibində İsrailə səfərə gedib.
Partiyanın Mətbuat Xidmətindən ANN.Az-a verilən məlumata görə, İsrail Knessetinin Beynəlxalq əlaqələr və müdafiə məsələləri üzrə komitəsinin sədri Tzaçi Haneqbinin dəvəti ilə reallaşan səfər çərçivəsində iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər araşdırılacaq, Azərbaycan və İsrail parlamentlərinin beynəlxalq məsələlərlə məşğul olan komitələri arasında əməkdaşlıq və dialoqun təbliği barədə fikir mübadiləsi aparılacaq.
Səfərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva və Yevda Abramov da iştirak edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !