Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Üçüncü Xəzər Forumunda iştirak etmək üçün İstanbula gedib.ANN.Az xəbər verir ki, sözügedən Forumda iştirakçı dövlətlərin liderləri Xəzər Regionu ilə bağlı məsələləri müzakirə edəcəklər. Forumun ilk günündə "Geniş Xəzər regionunda kapital bazarının inkişafı", ikinci günündə isə “Xəzər tranzit dəhlizi: İpək Yolunun dirçəlişi” və “Cənub dəhlizi: Regional enerji resursları üçün əsas kəmər” mövzuları müzakirəyə çıxarılacaq. Ayrı-ayrı dövlətlərin liderləri, siyasətçilər, elm adamları, biznesmenlər və media rəhbərləri sözügedən mövzular ətrafında diskussiyalar aparacaqlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !