Asim Mollazadə konqresmenlərdən Xocalıya ədalət istəyib - FOTOLAR

13:33 | 26.02.2015
Asim Mollazadə konqresmenlərdən Xocalıya ədalət istəyib - FOTOLAR

Asim Mollazadə konqresmenlərdən Xocalıya ədalət istəyib - FOTOLAR

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Xocalı qətliamının qurbanlarının xatirəsini anmaq və bu faciə üçün ədalət tələb etmək məqsədilə, ABŞ-da fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyasının (AFAZ) Vaşinqtonda təşkil etdiyi xüsusi mərasimə qatılıb. 

Mərasimdə Asim Mollazadə Xocalı qətliamının Azərbaycan cəmiyyətində buraxdığı dərin izlərdən söz açıb. O, tədbirdə iştirak edən konqresmenlərdən və ABŞ ictimaiyyətinin nümayəndələrindən Xocalıya ədalət istəyib. Millət vəkili onlardan Xocalı qətliamının tanınması, bu qanlı cinayətdə əli olan insanların, xüsusilə də Ermənistanın hazırkı prezidenti Serj Sərkisyanın cəzalandırılması üçün dəstəklərini əsirgəməməyi xahiş edib. 

Qeyd edək ki, ABŞ-ın Pensilvaniya ştatının Nümayəndələr Palatası Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar xüsusi qətnamə qəbul edib. Bununla bağlı ştatın paytaxtı Harrisburqda Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə görüş olub. Demokratik İslahatlar Partiyasının sədri  Asim Mollazadə belə bir qətnamə qəbul etdiklərinə görə Pensilvaniya ştatının Nümayəndələr Palatasının üzvlərinə təşəkkürünü bildirib.

ANN.Az






0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM