Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Omar Medina Qvintero ilə görüşüb. Demokratik İslahatlar Partiyasının Mətbuat Xidmətindən ANN.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Kuba münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Səfir Asim Mollazadəyə Kubadakı ictimai-siyasi vəziyyət, orada aparılan islahatlar barədə məlumat verib. O, Kuba-Azərbaycan münasibətlərinin inkişaf istiqamətləri, təhsil, enerji sahəsində əməkdaşlıq imkanlarından söhbət açıb. Asim Mollazadə də öz növbəsində Qvinteroya Demokratik İslahatlar Partiyasının fəaliyyəti barədə ətraflı məlumat verib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !