Asim Mollazadə Kuba səfiri ilə görüşdü

11:15 | 19.12.2013
Asim Mollazadə Kuba səfiri ilə görüşdü

Asim Mollazadə Kuba səfiri ilə görüşdü

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Omar Medina Qvintero ilə görüşüb. Demokratik İslahatlar Partiyasının Mətbuat Xidmətindən ANN.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Kuba münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Səfir Asim Mollazadəyə Kubadakı ictimai-siyasi vəziyyət, orada aparılan islahatlar barədə məlumat verib. O, Kuba-Azərbaycan münasibətlərinin inkişaf istiqamətləri, təhsil, enerji sahəsində əməkdaşlıq imkanlarından söhbət açıb. Asim Mollazadə də öz növbəsində Qvinteroya Demokratik İslahatlar Partiyasının fəaliyyəti barədə ətraflı məlumat verib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM