Asim Mollazadə Pakistan xalqına başsağlığı verdi

11:20 | 17.12.2014
Asim Mollazadə Pakistan xalqına başsağlığı verdi

Asim Mollazadə Pakistan xalqına başsağlığı verdi

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qaiserə Peşəvar məktəbində törədilmiş terror aktı ilə bağlı başsağlığı verib.

Partiyanın mətbuat xidmətindən ANN.Az-a daxil olan məlumata görə, "Təhriki-Taliban Pakistan" terror təşkilatının Peşəvarda məktəbə silahlı hücum edərək onlarla insanın həyatına sui-qəsd etməsi xəbərindən sarsıldığını bildirən millət vəkili, səfirdən baş sağlığı diləklərini faciədə həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına çatdırmasını rica edib.

Yaralıların sağlıqlarına qovuşmalarını arzulayıb, terrorun nəticələrinin tez bir zamanda aradan qaldırılacağına ümid etdiyini bildirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM