Avropanın özündə, bütövlükdə Qərbdə də qanun pozuntularına, insan hüquqlarının heçə sayılmasına dair ciddi faktlar mövcuddur.Amma buna baxmayaraq, ayrı-ayrı ölkələrə qarşı ikili standartlardan istifadə olunur.Gün.Az xəbər verir ki, bunu mətbuata açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə dilə gətirib.Onun dediyinə görə, bəzən ikili standartlar prinsipinə müxtəlif ölkələrə təzyiq göstərilməsi üçün istinad edilir və buna görə də paradoksal vəziyyət yaranır."Təəssüflər olsun ki, Qərb dairələri tərəfindən Azərbaycanın insan hüquqlarına riayət etməməkdə günahlandırılması qərəzli xarakter daşıyır. Azərbaycanı elə ölkə günahlandırır ki, o, özü bu hüquqa heç vaxt riayət etmir və bir çox hallarda demokratik dəyərlərə qarşı çıxır. Azərbaycan ilə bağlı hallarda buna, üstəlik, erməni diasporunun aktivliyi və təsiri də əlavə olunur"-deyə,o, bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !