Asim Mollazadə: "Azərbaycan xalqı provokasiyalara hazır olmalıdır"

17:38 | 28.02.2014
Asim Mollazadə: "Azərbaycan xalqı provokasiyalara hazır olmalıdır"

Asim Mollazadə: "Azərbaycan xalqı provokasiyalara hazır olmalıdır"

"Bu gün Azərbaycana qarşı aktiv qaralama kampaniyası aparılır, əsas məqsəd Azərbaycan torpaqlarının işğalının davamı kimi ölkəmizi parçalamaqdır.

Bu kampaniyada erməni diasporası aktiv şəkildə fəaliyyət göstərir. Buna görə də Azərbaycan xalqı hər cür provokasiyaya hazır olmalıdır, həmçinin Sumqayıt hadisələrinə bənzər hadisələrin qarşısını almalıdır".

ANN.Az-ın verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin deputatı Asim Mollazadə Sumqayıt hadisələrin 26-cı ildönümündə Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "dəyirmi masa"da deyib. 

Millət vəkili SSRİ rəhbərliyinin sifarişi ilə erməni ekstremistlərinin 1988-ci ildə təşkil etdiyi Sumqayıt hadisələrindəki təxribatları araşdırmağın vacib olduğunu bildirib:

"Sözsüz ki, Sumqayıt hadisələrinin bütün detallarının aydınlaşdıraraq, dünya ictimaiyyətinə çatdırmaq çox vacibdir. Bu araşdırmalar o dövrdə baş verən digər faciəvi hadisələri də əhatə etməlidir", - Asim Mollazadə vurğulayıb. 

Xatırladaq ki, 1988-ci ilin 28 fevralında erməni millətçiləri və SSRİ "KQB"si Bakının 30 kilometrliyində yerləşən Sumqayıt şəhərində iğtişaşlar təşkil etmişdilər. 

iğtişaşlar nəticəsində 1 gün ərzində 32 şəxs, 26 erməni və 6 azərbaycanlı öldürülmüşdü. 

Sonralar SSRİ "KQB"sinin başçısı V. Kryuçkov etiraf etmişdi ki, Sumqayıt, Bakı və Tbilisidəki hadisələri Moskvada və Ermənistandan olan təxribatçı qruplar təşkil etmişdilər. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM