Asim Mollazadə: "Beynəlxalq ictimaiyyət acizlik nümayiş etdirir"

11:07 | 23.08.2014
Asim Mollazadə: "Beynəlxalq ictimaiyyət acizlik nümayiş etdirir"

Asim Mollazadə: "Beynəlxalq ictimaiyyət acizlik nümayiş etdirir"

Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinə mane olan Ermənistana qarşı müvafiq tədbirlər görülməli, hətta sanksiyalar tətbiq edilməlidir.ANN.Az xəbər verir ki, bunu mətbuata açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə dilə gətirib.Onun dediyinə görə, bu ölkənin aqressiv, təcavüzkar siyasəti dünya ictimaiyyətinə yaxşı məlumdur.O, mətbuata açıqlamasında qeyd edib ki, son günlər ərzində atəşkəsin tez-tez pozulması və Azərbaycan ordusunun verdiyi itkilər erməni cinayətlərinin təkrarıdır. Azərbaycan beynəlxalq təşkilatların, dünya dövlətlərinin diqqətini Ermənistanın atəşkəsi pozaraq, cinayət törətməsinə yönəltməyə çalışır və bu istiqamətdə əhəmiyyətli nəticələr əldə ediləcək.A.Mollazadənin bildirdiyinə görə, ATƏT, Avropa Şurası, digər Qərb təşkilatları bu hadisələrə adekvat reaksiyalar verməlidir, lakin təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində acizlik nümayiş etdirir."Beynəlxalq təşkilatlar boş bəyanatlarından başqa heç nə etmir. Təcavüzkarın siyasətinə adekvat qiymət verilməli, Ermənistana qarşı müvafiq sanksiyalar həyata keçirilməlidir. Ukrayna, Gürcüstan, Moldovadakı hadisələr Dağlıq Qarabağın analoqudur. Eyni texnologiyalarla, eyni qüvvələr tərəfindən həyata keçirilən bu münaqişələrin həlli də beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmalıdır.Biz bütün beynəlxalq təşkilatlardan BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası istiqamətində müvafiq addımların atılması və təcavüzkara qarşı sanksiyaların tətbiq etməsini tələb edirik. Əks halda həm Ukrayna, həm də digər bölgələrdə gərginlik artacaq. Biz qətiyyətlə bütün həmsədr ölkələri münaqişənin həlli ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələri yerinə yetirməyə çağırırıq.Bundan başqa, münaqişənin nizamlanması çərçivəsində beynəlxalq hüququn kobud şəkildə pozulmasına, eləcə də BMT Təhlükəsizlik Şurasının və başqa beynəlxalq təşkilatların münaqişənin həlli üzrə qəbul etdikləri qətnamələrin implementasiyasına göz yumulur. Ermənistanın təcavüzünə qarşı hansısa konkret sanksiyalar tətbiq edilmir və ona ciddi təzyiq göstərilmir. Bütün bunlar Ermənistan üçün cəzasızlıq mühiti yaradır.

Məhz belə hallar yolverilməzdir. Avropa, Qərb öz növbəsində insan hüquqlarından təzyiq vasitəsi kimi istifadə etmək əvəzinə, bəhs etdiyimiz istiqamətdə real tədbirlər görməli və cinayətkarın cəzalandırılması yönündə konkret nəticələr əldə etməlidir" - deyə, A.Mollazadə sonra sözlərinə əlavə edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM