Asim Mollazadə: "Ermənipərəst konqresmenin bəyanatı ABŞ-ın milli maraqlarına ziddir"

15:41 | 19.03.2014
Asim Mollazadə: "Ermənipərəst konqresmenin bəyanatı ABŞ-ın milli maraqlarına ziddir"

Asim Mollazadə: "Ermənipərəst konqresmenin bəyanatı ABŞ-ın milli maraqlarına ziddir"

"Amerikalı konqresmen Bred Şermanın ABŞ-ı Azərbaycana hərbi yardımı dayandırmağa çağırması, ABŞ-ın milli maraqlarına ziddir", - ANN.Az-ın verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin deputatı Asim Mollazadə "1news.az" portalına açıqlamasında bildirib. 

Onun sözlərinə görə, belə bəyanatlar ancaq erməni lobbisinin xeyrinədir. "Azərbaycan ABŞ-ın müttəfiqidir. Azərbaycan bu ölkəylə beynəlxalq terrorla mübarizədə əməkdaşlıq edir, Əfqanıstanda beynəlxalq anti-terror koalisiyasının üzvlərindən biridir. Buna görə də, belə bəyanatlar ilk növbədə ABŞ-ın maraqlarına ziddir", - A. Mollazadə vurğulayıb. 

Millət vəkili həmçinin qeyd edib ki, müxtəlif erməni təşkilatları Bred Şermana maliyyə dəstəyi verir və buna görə də konqresmenin belə bəyanatları başadüşüləndir. 

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin üzvü Bred Şerman Dövlət Katibi Con Kerriyə müracəit edərək, ABŞ-ın Azərbaycana hərbi yardımının dayandırmasının vacib olduğunu bildirmişdi. O buna səbəb kimi ölkəmizi "Ermənistana qarşı aqressiv olmaqda" günahlandırmışdı. 

Qeyd edək ki, Bred Şerman dəfələrlə Ermənipərəstlikdə, türkofobiyada, türklər əleyhinə bəyanatlar verməkdə ittiham edilib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM