Asim Mollazadə: "Heç bir ölkədə belə vəziyyət yoxdur"

16:09 | 10.01.2014
Asim Mollazadə: "Heç bir ölkədə belə vəziyyət yoxdur"

Asim Mollazadə: "Heç bir ölkədə belə vəziyyət yoxdur"

"Heç bir demokratik ölkənin parlamentində buna oxşar qərar yoxdur"Bunu Qaynar.info-ya Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə Milli Məclisin deputatlara "telefon qadağası" qoyması məsələsinə münasibət bildirərəkən deyib. Onun sözlərinə görə, bu qərar parlamentarizm prinsiplərinə ziddir: "Parlamentin fəaliyyəti açıq, şəffaf olmalıdır. Burada gedən proseslər cəmiyyət tərəfindən açıq şəkildə izlənməlidir. Əgər parlamentdə nəsə xüsusi bir iclas keçirilərsə və orada müzakirə olunanların gizli qalması vacibdirsə, bu zaman bunun da öz proseduru var. Yəni iclas qapalı keçirilə bilər. Bu zaman hansısa bir çəklişin aparılmasını anlamaq olardı. Amma indiki şəraitdə bu qərarın verilməsi parlamentari prinsiplərinə ziddir. Heç bir demokratik ölkədə buna oxşar vəziyyət yoxdur". Qeyd edək ki, Azərbaycan Milli Məclisinə smartfon və android tipli telefonla giriş qadağan olunub. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğu mətbuata açıqlamasında bildirib ki, təhlükəsizlik baxımından Milli Məclisin binasına daxil olan bütün şəxslər bu modellərdən olan mobil telefonlarını girişdə mühafizəçilərə təhvil verəcək, binanı tərk edəndə isə geri götürəcəklər.Bu qadağa Milli Məclisə daxil olan hər kəsə, o cümlədən deputatlara və jurnalistlərə də şamil olunacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM