Bakının Nəsimi rayonunun İcra hakimi Nəsib Məhəməliyev və bu rayondan deputat seçilmiş Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində yerləşən Grossmont kollecinin nümayəndəsi doktor Randall Tvidlə görüşüblər. Görüşdə San Dieqo şəhərinin Svitzer Haylənd və Bakının Nəsimi rayonları arasında "qardaşlaşmış rayonlar" münasibətlərinin inkişaf etdirilməsi müzakirə olunub. Qeyd edilib ki, bu münasibətlər hər iki rayonun icmalarının yaxınlaşmasına, onlar arasında mədəni, iqtisadi əlaqələrin genişlənməsinə, təhsil sahəsində əməkdaşlığa böyük töhfələr verə bilər. Tərəflər gələcəkdə Svitzer Haylənddə və Nəsimi rayonunda həyata keçiriləcək birgə layihələr barədə geniş fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, 2011-ci ilin 18 oktyabrında Kaliforniyanın San Dieqo Şəhər Şurasının iclasında bu şəhərin Svitzer Haylənd və Bakının Nəsimi rayonları arasında "qardaşlaşmış rayonlar" münasibətlərinin qurulması barədə qərar qəbul edilib. ABŞ-da ilk və yeganə "qardaşlaşmış rayonlar" münasibətlərinin qurulmasını əks etdirən xüsusi bəyannamə San Dieqo şəhərinin meri Cerri Sanders və Şəhər Şurasının üzvü Todd Qloriya tərəfindən imzalanaraq Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev və Milli Məclisin deputatı Asim Mollazadəyə təqdim olunub.
ANN.Az