“Tibbi sığorta ilə bağlı qanun icra edilmir”. Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında bunu Asim Mollazadə deyib.
Deputat həmçinin Milli Məclisin qəbul etdiyi qanunlara əməl olunmadığını bildirib. O, Prezidentin AŞPA-dakı çıxışından və ordakı deputatların da razı qaldığını bildirib. “Azərbaycan prezidentinin AŞPA-dakı çıxışından sonra ordakı deputatlarla əlaqə saxladım. Onlar Azərbaycan Prezidentinin çıxışını yüksək qiymətləndirdilər”.
A. Mollazadə digər bir məsələyə də toxunaraq “Deputatlarımız Prezidentin AŞPA-dakı çıxışına toxundular. Mən də başqa bir məsələyə toxunmaq istərdim. Bu gün Milli Məclisin sonuncu növbədənkənar iclasıdır. Amma Təhsil Strategiyası ilə bağlı sərəncam vaxtında verilib. Çünki Azərbaycanda fəaliyyət göstərən həm texniki məktəblər, həm də ali təhsil müəssisələri bir sıra problemlərlə üz-üzə qalıb. Diqqət yetirmək istədiyim digər məsələ isə xaricdə oxuyan və elmi iş müdafiə edən gənclərimizlə bağlıdır. Bu gənclərə də diqqət və qayğı yoxdur.
Deputat Azərbaycanda icbari tibbi sığorta ilə bağlı qanunun icra edilmədiyini söyləyib: “Bununla da bizim səhiyyə sistemimizə xələl gətirir. 2 milyona yaxın vətəndaşımız müalicə olunmaq üçün İrana gedir. Biz Azərbaycan xalqının sağlamlığını təmin etmək üçün tibbi qanunlara əməl etməliyik və bu qanunun təkmilləşdirilməsinə çalışmalıyıq”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !