Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 2-ci görüşündə iştirak etmək üçün Gürcüstana gedib.
Partiyanın mətbuat xidmətindən ANN.Az-a daxil olan məlumata görə, Tiflisdə keçiriləcək toplantıda sözügedən komitələrin fəaliyyətləri, qəbul edilən qanun və sənədlər, qanunvericilik sahəsində əldə olunan nailiyyətlər, gələcək əməkdaşlıq perspektivləri müzakirə ediləcək. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !