Asim Mollazadə Xocalı soyqırımının ildönümü ilə bağlı ABŞ-a gedib

16:04 | 23.02.2015
Asim Mollazadə Xocalı soyqırımının ildönümü ilə bağlı ABŞ-a gedib

Asim Mollazadə Xocalı soyqırımının ildönümü ilə bağlı ABŞ-a gedib

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Türkiyədə keçirilən tədbirlərdə iştirak edib.

Partiyanın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, daha sonra millət vəkili ABŞ-a gedib. O, Vaşinqton, Nyu-York şəhərlərində, həmçinin, ABŞ-ın bir sıra ştatlarında Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlərdə iştirak edəcək, "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək verəcək. Səfər zamanı millət vəkilinin Xocalı soyqırımının tanıdılması, Azərbaycan-Ermənistan münaqişəsinin həlli, o cümlədən, Azərbaycan-ABŞ əlaqələri ilə bağlı Birləşmiş Ştatların önəmli simaları ilə görüşləri nəzərdə tutulub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti