Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün 2016-2018-ci illəri əhatə edən Ölkə üzrə Əməliyyatlar Biznes Planını təsdiq edib.
AİB-dən "APA-Economics"ə verilən məluma görə, Biznes Planın prioritetləri bankın 2014-2018-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasının prioritetləri və iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini, qeyri-neft ÜDM-nin sürətli artımına nail olunmasını nəzərdə tutan Azərbaycan hökumətinin "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə uyğunlaşdırılıb.
AİB nəqliyyat, enerji, su və şəhər infrastrukturu, xidmət sektorunun inkişafı sahələrini prioritet sahələr kimi seçib. Bank məsləhətləşmələr və texniki yardımlar vasitəsilə digər sektorlarda da hökumətlə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Biznes Planda nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün 2016-2018-ci illər arasında 1,1 mlrd. ABŞ dolları həcmində kreditlərin və 3,8 mln. ABŞ dolları həcmində texniki yardımlar üçün qrantların ayrılması tələb olunur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !