Asiya İnkişaf Bankı Azərbaycanın qaz layihələrinə maraq göstərib

16:12 | 27.06.2024
Asiya İnkişaf Bankı Azərbaycanın qaz layihələrinə maraq göstərib

Asiya İnkişaf Bankı Azərbaycanın qaz layihələrinə maraq göstərib

Azərbaycan Avropanı qazla təmin etdiyi halda, Avropa bankları qaz layihələrini maliyyələşdirməyə hazır olduqlarını nümayiş etdirməyib, Asiya İnkişaf Bankı isə bunu edib. Bu barədə Azərbaycan Respublikasının prezidenti İıham Əliyev bildirib. 

"Azərbaycan təbii qazının nəqli layihələri ilə bağlı Avropa maliyyə institutları tərəfindən müəyyən maliyyə gecikmələri var.  Ölkəmiz Avropanı qazla təmin etdiyi halda, Avropa bankları maliyyələşdirməyə hazır olduqlarını nümayiş etdirməyiblər, lakin Asiya İnkişaf Bankı bunu edib”, - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Asiya İnkişaf Bankının prezidenti Masatsuqa Asakava ilə görüşü zamanı deyib. 

Prezident İlham Əliyev həmçinin Asiya İnkişaf Bankı ilə səmərəli əməkdaşlığın davam etdirilməsi üçün yeni istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. 

Söhbət zamanı yaşıl enerjinin istehsalı və ixracı məsələləri müzakirə olunub.

Azərbaycanda yaşıl enerji zonalarının yaradılmasının, o cümlədən işğaldan azad edilmiş ərazilərdə su elektrik stansiyalarının tikintisinin vacibliyini qeyd edən dövlət başçısı bildirib ki, bu ərazilərdə artıq 270 meqavata qədər gücə malik su elektrik potensialı yaradılıb.

Söhbət zamanı Şimal-Cənub dəmir yolu layihəsi üzrə əməkdaşlıq məsələlərinə toxunulub, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında nəqliyyat sahəsində əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM