Bunu "Report"a açıqlamasında ADB-nin infrastruktur layihələrinin maliyyələşməsi bölməsinin direktoru Maykl Barrou (Michael Barrow) deyib: "Birincisi, birbaşa 7 il müddətində 250 mln. dollar ayırırıq. Bununla yanaşı, kommersiya bank maliyyələşdirməsinin səfərbər edilməsinə yardım edirik və yekun ayırdığımız məbləğ 500 mln. dollar təşkil edir".
M.Barrounun sözlərinə görə, gələcəkdə "Şahdəniz" qazı Avropa bazarında qiymətlərə də müsbət təsir edəcək: "Bu layihə Avropanın qaz idxalı mənbələrinin şaxələndirilməsi baxımından çox əhəmiyyətlidir. Hansı ki, Avropa bazarında rəqabətlilik imkanlarını daha da artıracaq. Təchizatçılar arasında rəqabət artacağına görə, bazarda qiymətlərin enməsinə inanıram. Məhz bu baxımdan region ölkələri həmin layihəyə çox böyük dəstək verir".
Bank rəsmisi ADB-nin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iştirak etdiyi digər enerji layihələrində də maraqlı olduğunu deyib: "LUKoil"la bu layihənin maliyyələşdirilməsi üçün 2-3 ildir danışıqlar aparırıq. Həmçinin Azərbaycan tərəfi ilə bəzi layihələrlə bağlı müzakirələrimiz olub. Azərbaycanda emal yaxud SOCAR-ın iştirak etdiyi hansısa təbii qaz xətti layihələrinə maliyyə ayırmaq imkanlarını araşdırırıq. Bununla yanaşı, layihələrin birbaşa, yoxsa dolayısı ilə maliyyələşdirilməsi məsələlərinə baxırıq".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !