Əfqanıstanda zəlzələ zamanı ölənlərin sayı 360 nəfərə çatdı: 90 Əfqanıstan sakini və 270-dən çox pakistanlı.
Oxu.Az xəbər verir ki, xəsarət alan Pakistan sakinlərinin sayı iki mindən çoxdur, bu barədə pakistanın "Nation” qəzeti yazıb.
Böyük Britaniyada səfərdə olan Pakistanın baş naziri Navaz Şərifin faciənin nəticələrinin aradan qaldırılması, xüsusilə də zərərçəkənlərin xilas edilməsinin təşkili üçün təcili şəkildə ölkəsinə qayıtması barədə məlumat yayılıb.
Qeyd edək ki, oktyabrın 26-da Əfqanıstan vaxtı ilə 13:39-da zəlzələ baş verib.
Avropa-Aralıq dənizi seysmoloji mərkəzin məlumatına əsasən, təbii fəlakətin mərkəzi Kabuldan 259 km şimali-şərqdə Gindukuş dağlarında 190 km dərinlikdə olub. Güclü təkanlar Cənubi və Orta Asiya ölkələrində, o cümlədən də Hindistan və Tacikistanda hiss edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !