Aslan Hüseynov anasının yasından qayıdarkən qəzaya uğrayıb

15:23 | 04.05.2021
Bu gün yol qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynov Gəncədən anasının yas mərasimindən qayıdırmış.

BAKU.WS-in əldə etdiyi məlumata görə, müğənni anasının 7 mərasimində iştirak edib və qayıdarkən qəzaya uğrayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında A.Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində yol qəzasına düşüb və nəticədə dünyasını dəyişib.

Yaxınlarının "qafqazinfo”ya verdiyi məlumata görə, mərhum sənətçi Gəncədə anasının dəfn olunduğu qəbiristanlıqda torpağa tapşırılacaq.

Hazırda onun cənazəsi Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ şöbəsindən Gəncəyə yola salınır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM