Tanınmış hüquqşünas Aslan İsmayılova cinayət işi açılıb.
Anews.az xəbər verir ki, bu barədə A. İsmayılov Facebook səhifəsində məlumat verib.
Bildirib ki, ona haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi açılıb: "Bu dəqiqələrdə Binəqədi rayonu Polis İdarəsinin müstəntiqi İlqar Həmidov mənə zəng edib bildirdi ki, Binəqədi rayon məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb. Bu gün saat 15.00-da Polis İdarəsində dindirmədə olacam”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !