AŞPA-da Azərbaycanla bağlı iki qətnamə qəbul edildi

14:46 | 11.10.2017
AŞPA-da Azərbaycanla bağlı iki qətnamə qəbul edildi

AŞPA-da Azərbaycanla bağlı iki qətnamə qəbul edildi

Avropa Şurası Parlament Assambleyasının bu gün keçirilən plenar iclasında Azərbaycan üzrə Stefan Şennax və Preda Sezarın müəllifi olsuğu "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı və Alen Desteksin "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” ik hesabat dinlənilib.

AzVision.az xəbər verir ki, Şennax Azərbaycana son səfərləri zamanı dövlət rəsmləri ilə yanaşı, vətəndaş cəmiyəti təmsilçiləri ilə, məhbuslarla görüşdüklərini bildirib, Azərbaycanda bir çox sahələrdə irəliləyişlərin olduğunu müşahidə etdiklərini, hökumət nümayəndələri ilə əməkdaşlıq edərək müsbət irəliləyişlərə nail olduqlarını vurğulayıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qeyd edib ki, hesabatda tənqidlərlə yanaşı müsbət hallarının da qeyd olunması təqdirəlayiq haldır və bu, dialoqa imkan yaradır. 

S.Seyidov, həmçinin təşkilatın baş katibinə iradlarını bildirib: "Bütün üzv ölkələrə eyni və obyektiv münasibət göstərmək lazımdır. Bunun əvəzinə, yalnız bir ölkənin adını çəkir”. Səməd Seyidov hollandiyalı deputat Omtzigt Pyeterin ittihamlarına isə: "Çıxışlarınızla özünüzü obyektiv göstərməyə çalışmayın. Yaxşı bilirik ki, sizin arxanızda hansı qüvvələr durub. Ermənilərlə birgə işləyirsiniz. Siz ancaq dırnaqarası obyektiv ola bilərsiniz”.

İclasın davamında Avropa Şurası Parlament Assambleyası (AŞPA) "Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” adlı hesabatı və "Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabatı təsdiqləyib. Qətnamədə AŞPA-nın Azərbaycanın insan hüquqları və qanuni dövlətin yaradılması sahəsindəki atdığı addımlarından, o cümlədən monitorinqlərin aparıldlığı müddətdə hökümətin nümayiş etdirdiyi əməkdaşlıqdan və dialoqdan razı qaldığı qeyd edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM