ANN.Az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, belçikalı parlamentar Alen Destekse AŞPA sədri Pedro Aqramuntun yerinə Azərbaycanda insan haqları üzrə məruzəçi vəzifəsinə seçilib.
Qeyd edək ki, AŞPA-nın 2014-cü ilin iyun sessiyası çərçivəsində qurumun İnsan hüquqları komitəsində "Azərbaycanın Avropa Şurasında sədrliyi: Bunun insan haqlarına təsiri nə olacaq?” adlı sənəd qəbul olunmuşdu və bu məsələnin araşdırılması üçün Pedro Aqramunt Azərbaycanda insan hüquqları üzrə məruzəçi təyin edilmişdi.
Bu ilin yanvarında Pedro Aqramunt AŞPA sədri vəzifəsinə seçildiyindən, məruzəçi vəzifələrində fəaliyyətini dayandırıb
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !