“AŞPA-da Ermənistana sanksiya tələb ediləcək”

17:05 | 12.08.2014
“AŞPA-da Ermənistana sanksiya tələb ediləcək”

“AŞPA-da Ermənistana sanksiya tələb ediləcək”

“Ermənistanın təcavüzkar ölkə olduğunu bütün dünyaya çatdırmaq üçün əlimizdən gələni edirik. Onların məqsədi isə özlərinin etdikləri cinayətləri pərdələməkdir”.Bu sözləri millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Asim Mollazadə dedi.A.Mollazadə erməni diversant Karen Petrosyanın qəfil ölümü ilə bağlı ermənilərin bu hadisəni AŞPA-nın payız sessiyasında müzakirəyə çıxarmasına münasibəti belə oldu:“Bizim məqsədimiz beynəlxalq təşkilatların Ermənistana qarşı sanksiyalar tətbiq etməsinə nail olmaqdır. Ukrayna hadisələrindən sonra Rusiyaya qarşı beynəlxalq təşkilatlar hansı addımlar atdısa, Ermənistana qarşı da eyni şəkildə hərəkət etməlidir. Bütün dünya Ermənistana qarşı sərt mövqe tutmalıdır”.Azərbaycanın kəlbəcərli girovlarla bağlı AŞPA-nın payız sessiyasında məsələ qaldırıb-qaldırmayacağı sualına isə millət vəkili belə cavab verdi:“Bu da Ermənistanın növbəti cinayətlərindən biridir. Azərbaycan bu ölkəni beynəlxalq izolyasiyada saxlamaq məqsədi daşımalıdır. Cinayətkarlar isə mütləq cəzalandırılmalıdır. Azərbaycan tərəfi Ermənistanın hərbi cinayətləri ilə bağlı sanksiya tələbi irəli sürəcək ”.Qeyd edək ki, AŞPA-da erməni nümayəndə heyətinin üzvü Naira Zöhrabyan jurnalistlərə açıqlamasında AŞPA-nın payız sessiyasında erməni nümayəndə heyətinin Azərbaycanda ölən erməni diversantın məsələsini qaldıracaqlarını bildirib. (axar.az)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM