"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Assambleyanın mövcud Monitorinq Komitəsi çərçivəsində yaradılan yeni altkomitə aktiv silahlı qarşıdurma dövrü başa çatan, lakin hələ də sülh razılaşması əldə olunmayan münaqişələrlə məşğul olacaq.
"Bu altkomitə münaqişələrin həlli üzrə ayrıca mexanizm deyil, lakin həmin münaqişələrin mövcud həlli mexanizmlərini dəstəkləmək üçün qurum parlament diplomatiyasından istifadə edəcək", - AŞPA mətbuat xidmətindən bildiriblər.
Altkomitənin Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya, Şimali Kipr, Dnestryanı, eləcə də Ukraynanın şərqindəki münaqişələrlə məşğul olacağı gözlənilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !