Ötən gün, sentyabrın 2-də AŞPA-nın Parisdə keçirilən Büro iclasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə layihələri üzrə məruzəçi təyin olunması məsələsinə baxılıb.
Bu haqda Axar.az-a Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib. Büro böyük səs çoxluğu ilə Elxan Süleymanovun müəllifi olduğu qətnamə layihələrini məruzəçi təyin olunması üçün Siyasi Komitəyə göndərib. Məruzə “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması“ adı ilə yazılacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !