Avropa Şurası Parlament Assambleyası Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların yenidən başlanmasından son dərəcə narahatlıq keçirir. Anews.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Boriana Oberq (İsveç) və Kimmo Kilyuner (Finlandiya), həmçinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şenak (Avstriya) və Rocer Geyl (Böyük Britaniya) yaydıqları birgə bəyanatda bildiriblər.
"Biz hər iki tərəfin mülki əhali və hərbi qulluqçuları arasında itkilərə dərindən təəssüflənirik", - deyə məlumatda bildirilir.
Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativsiz olduğu vurğulanır.
"Parlament Assambleyası Minsk Qrupu formatında sülh danışıqları üçün əlverişli bir mühitin yaradılmasına töhfə verməyə hazırdır”, - deyə həmməruzəçilər bildiriblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !